yumruq : is.

  • Yumulmuş əl, əlin yumulmuşvəziyyəti. Başımı aşağı dikib durduğumhalda, əlimdəki çörək qismətini yumruğumdasaxlamağa başladım. A.Divanbəyoğlu. Uşaqda bu hay-küyün onunçun olduğunu duyur,balaca yumruğunu gözünə basıb ağlayırdı.Mir Cəlal. Mahmud .. yumruğu ilə kirpiyinisildi. Ə.Əbülhəsən. [Otaqda] ağzından yumruqirilikdə paslı qıfıl asılmış sandıq .. vardı.İ.Hüseynov. _Yumruğunu düyünləmək –əlini yumruq halına salmaq
  • Bu vəziyyətdə olan əl ilə vurulan zərbə.Min acizü biçarələrin başın əzərdim; Sillə,yumruğnan. M.Ə.Sabir. Seyid yenə başladıtəpəsinə yumruq endirməyə. Ə.Haqverdiyev.Bir də xanın yumruğunun zərbindən pəncərəçilik-çilik olub yerə səpildi. Çəmənzəminli._Yumruğa çıxmaq – yumruq davasına çıxmaq,bir-birini yumruqlamaq. Odunu olmasahər kimsənin qış fəsli; Ağlaşar tifl, çıxar yumruğaarvad ər ilən. Molla İsmayıl. …yumruğualtında olmaq – …itaətində olmaq, … zülmüaltında olmaq, daim … zülmünü görmək.Yumruq yemək – döyülmək, yumruqla vurulmaq.
  • Bir Cevap Yazın