yumru :

  • sif. Yuvarlaq, girdə, kürə, topşəklində. Yumru güllə. Yumru daş. Yumru gilə.Yumru gavalı. – Torbanı boşaldanda içindənkağıza bükülmüş bir yumru şey çıxdı.S.S.Axundov
  • sif. Dairəvi şəkildə olan; girdə. Nizamiözünü düzəltdi, xırda və yumru gözlərinin qapaqlarınıqaldırdı. M.S.Ordubadi. Rəhimlininqıyıq gözlərindən silinməyən təbəssüm qızartısıçəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıqverirdi. İ.Hüseynov
  • sif. Gombul, koppuş, kök. Yumru, totuquşaqlar qızıl taxtlarda qumaş yastıqlara söykənənmöminlərə şərab paylayırdılar. Çəmənzəminli
  • is. Tikə, dənə. [Şamama Cadu:] Di, başınadönüm, bircə yumru mənə qənd ver.Ə.Haqverdiyev. // is. Baş, kök yumrusu. Cinsihüceyrələr iştirak etmədiyi bir halda da kartofyumrularında baş verən dəyişmələr ondakıgözcüklərə təsir edir. M.Axundov.yumru-yumru zərf və sif. Yumru (çox şeyhaqqında). Yumru-yumru eləmək. – [Əmiraslanbaba dedi:] Çərçinin saqqızdan savayıyumru-yumru sabunları, .. dəyirmi güzgüləridə olardı. S.Rəhimov.
  • Bir Cevap Yazın