yüksəlmək : f.

  • Yüksəyə, yüksəklərə,yuxarı qalxmaq; ucalmaq. Bina xeyli yüksəlmişdir.– Ay xeyli yüksəlmiş, ətrafı yarımkölgəlibir surətdə aydınlatmışdı. S.Hüseyn.Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərinyeddi qatına. S.Vurğun. Günəş üfüqdənxeyli yüksəlmişdi. İ.Əfəndiyev. // Üfüqdə görünmək,çıxmaq, tülu etmək, zahir olmaq. Bozdağın arxasında doğan günəş saf mavi göydəyüksələrək günorta yerinə qalxmışdı. Ə.Sadıq
  • Artmaq, qalxmaq, çoxalmaq, səviyyəcəyuxarı qalxmaq. Çayın suyu xeyli yüksəlmişdir.Havanın temperaturu birdən-birə yüksəldi.// Artmaq, şiddətlənmək, güclənmək.Xəstənin qızdırması yüksəldi. Məşğələlərəmaraq xeyli yüksəlmişdir. Küləyin şiddəti getdikcəyüksəlir. Gəlir faizi gündən-günə yüksəlir.Yaxşı kitablara olan tələbat çox yüksəlmişdir.// Yaxşılaşmaq. Şagirdlərin dərsmüvəffəqiyyəti getdikcə yüksəlir. Məhsulunkeyfiyyəti yüksəlmişdir. Gənc rəssamlarınyaradıcılıq səviyyəsi yüksəlmişdir. Əhvaliruhiyyəsiyüksəldi
  • Hörməti, nüfuzu, mövqeyi, qiyməti, dəyəriartmaq; tanınmaq, şöhrətlənmək. Kollektivdənüfuzu yüksəlmək. Bu hadisədən sonrao bizim gözümüzdə çox-çox yüksəldi. – Dedi:– Az-az görünməyim nədən sizə ağır gəlir?Dedim: – Çünki bu dünyada gözəlliklə sözyüksəlir. S.Vurğun. // məc. Tərəqqi etmək, artmaq,inkişaf etmək. Yüksəlmək haqqımdır,iradəm vardır; Biliyim, şüurum hər şey yaradır.A.Şaiq
  • Daha yüksək, daha məsul vəzifəyə keçmək,daha yüksək mövqe tutmaq. Vəzifəcəyüksəlmək
  • Eşidilmək, gəlmək, qalxmaq (səs haqqında).Ura sədaları göyə yüksəldi. Evdəndəhşətli bir fəryad yüksəldi. – Mənim də evimdənişıq gələrdi; Qapımdan, bacamdan səsyüksələrdi. S.Vurğun
  • Uzaqdan və ya yaxından görünmək (ucaşey haqqında). Çayın sahilində uca qayalaryüksəlir. Qəsəbənin ortasında mədəniyyət sarayınınbinası yüksəlir. – Kəndin aşağı tərəfindəməktəb binası yüksəlir. Ə.Vəliyev.
  • Bir Cevap Yazın