yüksək : sif.

  • Uca, hündür. Yüksək bina.Yüksək dağ. Yüksək ağac. Yüksək təpə. – Yolunüst tərəfində, yüksək qayaların döşündəşam ağacları görünürdü. S.Şamilov. // Yüksəklərdəolan. Yüksək yer. Yüksək yaylaqlar.Yüksəkdə uçan təyyarə
  • Adi səviyyədən yuxarı. Suyun səviyyəsihələ də yüksəkdir
  • Say, qüvvə, şiddət və s. cəhətdən böyük,çox güclü, çox artıq. Yüksək əmək məhsuldarlığı.Yüksək məhsul. Yüksək sürət. Yüksəkqiymət. Yüksək hərarət. Yüksək təzyiq. Yüksəkgərginlik. – [Müəllim] intiqam hissinin yüksəkvə müqəddəsliyindən hərarətlə bəhs edirdi.Ə.Sadıq
  • Keyfiyyətcə yaxşı, əla. Yüksək sənət nümunələri.Yüksək mədəniyyət. Yüksək ixtisas.Yüksək keyfiyyətli mal
  • Çox böyük əhəmiyyəti olan; ali, şərəfli,fəxri. Yüksək mükafat. Ədəbiyyatın yüksəkvəzifəsi
  • Dərin, qeyri-adi məzmunlu, böyük, ulu,ali. Yüksək ideya. Yüksək ideal. Yüksək hisslər.Yüksək arzular. Yüksək mövzuda söhbət
  • Təmtəraqlı, təntənəli. Yüksək üslub. Yüksəkifadələr
  • Çox nazik və uca. Yüksək səs. Yüksək not.◊ Yüksək fikirdə olmaq – çox yaxşı fikirdəolmaq, yüksək qiymətləndirmək. İşimizhaqqında yüksək fikirdədirlər. Yüksəkdədurmaq – üstün olmaq, daha irəlidə olmaq.Mən bu gün bir daha qadının incəsənət işlərindəkişilərdən daha yüksəkdə durduğunugözümlə gördüm. M.S.Ordubadi. Yüksəkdənbaxmaq – xor baxmaq, saymamaq, etina etməmək,bəyənməmək. Yüksəyə qalxmaq –ötüb keçmək, üstün olmaq. [Füzuli] “Leyli vəMəcnun” kimi dahiyanə əsərində öz qocarəqiblərini geri buraxmış və hamısından yüksəyəqalxmışdır. C.Cabbarlı.
  • Bir Cevap Yazın