yük : is.

  • Daşınmaq, aparılmaq üçün hərcür şey, daşınmalı olan mal və s. Yükü boşaltmaq.Heyvanın dalına yük çatmaq. – Ağ dəvədüzdə qaldı; Yükü Təbrizdə qaldı; Oğlanı dərdapardı; Dərmanı qızda qaldı. (Bayatı). _Yükheyvanı – yük daşıyan heyvan. // İçində şeyolan torba, kisə, yeşik və s. Yükləri bir yerəyığmaq. // Eyni mənada saylarla. [Heydərbəy:] Heç kəs qorxudan gedib gətirə bilmir.Məgər handa bir rəşid və qoçaq adam cürətedib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə.O ki qaldı danışığımız, cümlətani biryük buğda olmuşdur. S.Rəhimov. // Ağır şey;ağırlıq. Bu bir yükdür ki. Yük maşını – ağırşeylər (yük) daşımaq üçün böyük avtomobil.Bahadır çayçı dükanının qabağında bir-ikiyük maşınına yaxınlaşdı. S.Rəhman. Yükvurmaq – yük yükləmək. Paroxoda yük vurmaq
  • Səliqə ilə üst-üstə yığılmış yorğan-döşək,xalça-palaz. Bu zaman bir quş alaçığın ağzındanildırım kimi şığıyıb yükün altına soxuldu.A.Şaiq. Bütün avadanlıq evin yuxarı tərəfinəyığılıb, üstünə köhnə palaz çəkilmiş yoxsul biryükdən ibarət idi. İ.Əfəndiyev. // Yük yığılan,camaxatan. Yorğan-döşək yükdədir. Yükdənbir yorğan götürdü. – Kilim, gəbə yükdədi;Gözlərim gədikdədi; Dönüb geri baxsana;Sevdiyin yar dikdədi. (Bayatı). _ Yük sandığı– üzərinə yük yığmaq üçün iri sandıq.İki dəst yorğan-döşək, nazbalış, iki yük sandığı,bir neçə mücrü, taxçalara qoyulası mücrülərinaltına gümüşdən məmul zirəndazlar tədarükgörüləcəkdir. R.Əfəndiyev. Yük yeri –yük yığmaq üçün divarda açılan yer, şkaf
  • məc. Ağır vəzifə, məsuliyyətli iş; məsuliyyət.Mən bu yükü öhdəmə götürə bilmərəm.Bu yükün altından çıxmaq çətin olacaqdır.– Rüstəm kişi, doğrudan da, yükünün ağırolduğunu hiss etdi. M.İbrahimov. // məc. Yorucu,əziyyətli, sıxıcı iş; qayğı, sıxıntı, ağırlıq.Bu da bizə bir yük oldu. Bu yükün altındanməni qurtar. – Gülsümün yükü və dərd-qəmigündən-günə artmaqda idi. Ə.Haqverdiyev
  • fiz. Hər hansı bir cisimdə olan elektrikinmiqdarı. Müsbət yük.◊ Yük etmək (eləmək) – lazım olmayan,artıq bir şeyi özü ilə götürmək. [Bahar Gülpəridənsoruşdu:] Xanım, üç aydan ötrü birbelə şeyi yük eləyib aparmağın nə mənası var?S.S.Axundov. Yükünü tutmaq – 1) hər cürlazımi şeylərlə (adətən qiymətli şeylərlə)özünü təmin etmək; mal-dövlət yığmaq. [HacıFərəc:] Yusif səkkiz yaşındadır, gəlib yetişənədəkmən yükümü tutaram. N.Vəzirov;2) dan. çox yemək, doymaq.
  • Bir Cevap Yazın