yaxşılıq : is. İnsanın müsbət mənəvi keyfiyyəti,sifəti (pislik, yamanlıq ziddi). Yaxşılığayaxşılıq hər kişinin işidir; Yamanlığayaxşılıq ər kişinin işidir. (Ata. sözü). Artıqsəyimiz bunda olacaq ki, hamı müsəlman qardaşlarıözümüzdən razı edib, heç bir kəsinnə yaxşılığını və nə pisliyini danışmıyaq..C.Məmmədquluzadə. Yamanlıq, yaxşılıq durmuşüz-üzə; Dilsiz əsrlərdən mirasdır bizə.S.Vurğun. // Yaxşı, müsbət iş. hərəkət; xeyirxahlıq,qeydkeşlik, kömək. Adamlara yaxşılıqetmək. – Mənim yaxşılığımın əvəzində mənidünya işığına həsrət qoydun. “Koroğlu”. Yamanlıqeyləmə bir şəxsə, yaxşılıq var ikən.S.Ə.Şirvani. [Mirzə:] Çox razıyam sizdən.Üç il bundan qabaq uşaqlar haqqında yaxşılıqindi də mənim yadımdan çıxmır. Ə.Haqverdiyev.

Bir Cevap Yazın