yaxşı : sif.

  • Müsbət xüsusiyyətlərə və yakeyfiyyətlərə malik olan; öz keyfiyyəti iləverilən tələbləri təmin edən, lazımi qaydadaolan; bəyənilən (yaman ziddi). Yaxşı yeməklər.Yaxşı mal. Yaxşı at. Yaxşı mənzil. Yaxşıxətt. Yaxşı tərcümə. Yaxşı şərait. // Gözəl, xoş.Yaxşı kitab. Yaxşı musiqiyə qulaq asdıq. Yaxşıtəsir bağışladı. Yaxşı şeirlər yazır. – [Gülçöhrə:]Özü yaxşı, sözü yaxşı.. Ü.Hacıbəyov.// Sevimli, mehriban, əziz, istəkli (“mənim”sözü ilə nəvaziş bildirir). Mənim yaxşı oğlum!Mənim yaxşı balam! // Əlverişli, faydalı, dəyərli,müsbət. Yaxşı məsləhət. Yaxşı nəticə.Yaxşı fikir söylədi. // Xoş, səfalı. Yaxşı hava.Yaxşı yerlərdə dincəlirik. Yay yaxşı (z.) keçdi.// Təcrübəli, məharətli. Yaxşı usta. Yaxşı dərzi.Yaxşı mütəxəssis. Yaxşı rəssam. // Müsbət mənəvikeyfiyyətlərə malik olan; nəcib. Yaxşıadam. Yaxşı qadın. Yaxşı insan. – [Sultan bəy:]Yaxşı adam? Mən! Gəl də!.. Gəl qohum olaq,mən də dulam. Ü.Hacıbəyov. // Dəyanətli, sədaqətli.Yaxşı yoldaş. Yaxşı dost. Yaxşı arvad
  • Zərf mənasında. Kifayət qədər, lazımınca,əməlli-başlı. Yaxşı oxumaq. Yaxşı tanışolmaq. Yaxşı yazmaq. – [Əsəd bəy:] Hərçəndyoldaş tacirliyin fəndini çox yaxşı bilir.M.S.Ordubadi. [Usta Məhərrəm:] Özünüz deyin,harda yaxşı qan aldırmaq olar? Ü.Hacıbəyov.[Əlləzoğlu] şişlərdən döşəməyə yağdamlaları səpələyə-səpələyə, yaxşı bələd olduğuevdə ora-bura vurnuxdu, bufetin qapılarınıtaqqıldatdı. İ.Hüseynov. // Tələbələrinbiliyinə verilən “orta” qiymətlə “əla” qiymətarasında qiymət – “4”. Fizikadan “yaxşı” almaq.Bütün dərslərindən “yaxşı” alıb
  • Kifayət qədər, kafi miqdarda (böyüklükdə);çoxlu. Yaxşı qazanc. Yaxşı artım. Yaxşımaaş. Yaxşı pul verirlər. // məc. Güclü, qüvvətli,bərk, əməlli-başlı. Yaxşı bir yumruqilişdirdi
  • Zərf mənasında. Salamat, itkisiz, zərərsiz.Bəladan yaxşı qurtardın
  • “Yaxşı”, “razıyam”, “sən deyən olsun”mənasında razılıq bildirir. Yaxşı, mən də gedərəm.Yaxşı, sən də gəl. Yaxşı, əzizim, səndeyən olsun. // Sual cümlələrində. [Əsgər:]Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdimsənə, bəs əvəzində sən mənə nə verərsən?Ü.Hacıbəyov
  • “Yadda saxla”, “çox əcəb”, “baxıb görərsən”və s. mənasında hədə bildirir (bəzəntəkrarla işlənir). Yaxşı, görüşərik! Yaxşı, yaxşı,gör atana nə deyərəm
  • İs. mənasında. Yaxşıların yaxşısısan;Gözəllərin xası, gəlin! Aşıq Ələsgər
  • Yaxşılıqla şəklində zərf – qalmaqalsız,rahatca, dalaşmadan, mübahisəsiz, əngəlsiz,xoşluqla. Yaxşılıqla çıxıb getdi. Yaxşılıqla məsələhəll olundu.◊ Yaxşı gün – xoşbəxtlik, xoşbəxt həyat,yaxşı güzəran. Yaxşı olmaq – 1) sağalmaq.Xəstə yaxşı oldu. Yara yaxşı oldu. – ..Cəmilağanın başının ağrısı lap yaxşı oldu. İ.Musabəyov;2) kinayə tərzində məmnunluq ifadəedir; əcəb oldu. Sənə lap yaxşı oldu. Yaxşıyol – yola düşən adama xeyir-dua. Usta ZeynalMirzə Səfərin oğluna xeyir-dua verib,yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızılsaat da verdi. Ə.Haqverdiyev. Qız: “Zəfərlədönəsən, sənə yaxşı yol!” – dedi. M.Rahim.Yaxşını pisdən ayırd etmək – işin məğzinəvararaq anlamaq, seçmək; məsələni hərtərəfliyoxlayıb düzgün nəticə çıxarmaq. Rüstəmkişi Salmanı, cavan olsa da, gözüaçıq, işbacaran,yaxşını pisdən ayırd edən bir adamsayırdı. M.İbrahimov. Yaxşısı budur ki… – ənmünasib, ən məsləhət görülən şey haqqında.[Zeynal:] Yaxşısı budur ki, bir-birimizdənhəmişəlik ayrılaq.. S.Hüseyn. Nə yaxşı, nəyaxşı ki – məmnunluq bildirir. Nə yaxşı, tezgəldin. Nə yaxşı ki, burada olmamısan.– [Mərcan bəy:] Nə yaxşı, razı oldu! Ü.Hacıbəyov.
  • Bir Cevap Yazın