yaxınlaşmaq : f.

  • Hərəkət edərək birşeyin yaxınına gəlmək, yaxın durmaq, yanaşmaqüzrə olmaq; yanaşmaq. Gəmi sahiləyaxınlaşır. Qatar stansiyaya yaxınlaşdı. Evəyaxınlaşmaq. Divara yaxınlaşıb durdum.– Zeynal, yavaşca addımlar ilə Mehribanayaxınlaşdı. S.Hüseyn. Obaya yaxınlaşıncauşaqlar, bir neçə yaşlı qadın və kişi qarşımızaçıxdı. A.Şaiq. Əşrəf yavaşcadan sürünüb kolayaxınlaşdı. S.Rəhman. // Həmsərhəd olmaq,yanbayan olmaq. // Səs, işıq haqqında: getdikcəyaxşı eşidilməyə, görünməyə başlamaq.Adamların hay-küyü yaxınlaşır. C.Məmmədquluzadə.Kəndimizin işıqları getdikcə yaxınlaşırdı.İ.Əfəndiyev
  • Vaxt, zaman və s. haqqında: çatmaq, yetişmək,olacağına çox az qalmaq. Böhran yaxınlaşır.Bayram yaxınlaşmaqdadır
  • Yaxın əlaqə, ünsiyyət yaratmaq, yaxınolmaq, aralarından dostluq münasibəti yaratmaq.Onları tanış edib yaxınlaşdırmaq lazımdır
  • Oxşamaq, bənzəmək, uyğun gəlmək
  • məc. Yaxın olmaq, əlaqədar olmaq, mənafeyinə,tələbinə cavab vermək. Ədəbiyyatgetdikcə daha artıq həyata yaxınlaşır
  • Yanaşmaq, öz münasibətini bildirmək.Kərim heç bir zaman işə soyuqqanlı, sakitürəklə yaxınlaşa bilmirdi. M.İbrahimov.
  • Bir Cevap Yazın