yaxın : sif.

  • Məsafə etibarilə çox uzaqdaolmayan; yovuq (uzaq qarşılığı). Yaxın çay.Yaxın yer. Evimizə yaxın mağaza. Yaxın aptekdəndərman al. // Zərf mənasında. Yaxınotur. Yaxın gəl. – Keşikçi yaxına gəlcək Tellixanım onun təpəsindən bir əmud ilişdirib öldürdü.“Koroğlu”. İnsan oğlu, uzaqlaşma,gəl yaxın; Başqa yerdən alınmasın sorağın.M.Müşfiq. Pərşan iki qızla çiyid dolu çuvalıyaxına gətirdi. M.İbrahimov. // Qısa. Yaxınyol. Yaxın mənzil
  • Zaman etibarilə uzaq olmayan, tezlikləolacaq, yaxınlaşan; gələcəyinə, olacağına vəs.-yə az qalmış. Yaxın gələcək. Yaxın səfər.Yaxın görüşlərdə. // Qan qohumluğu və yadostluq münasibəti ilə bağlı olan. Yaxın qohum.Yaxın dost. Yaxın yoldaş. – Telli, müəllimiözünə ən yaxın bir adam hesab edirdi.S.Hüseyn. Çox çəkməzdi ki, ev sahibinin qohum-əqrəbası, yaxın yoldaşlardan bəziləriyığılardı. Mir Cəlal. _Yaxın olmaq – 1) dostolmaq; yaxınlaşmaq. Böyükxanım Qulam xanayaxın olmaq üçün qəlbində vəsilələr axtarırdı.M.S.Ordubadi; 2) aralarında sevgi, məhəbbətolmaq, yaxınlıq olmaq. // İs. mənasında.Yaxın adam, dost; qohum. Mənim yaxınlarım;3) oxşar, bənzər, çox oxşayan (bənzəyən).Məzmunca bir-birinə yaxın əsərlər. Bir-birinəyaxın dillər. Sarıya yaxın bir rəng. Yaxın görüşlər
  • Bilavasitə aidiyyəti olan, dərindən maraqlandıran,ürəyinə görə olan, mənafeyiniəks etdirən; doğma, əziz. Bu kölgəli gecənibayğın-bayğın seyr edir və ürəklərinə yaxınşeylərdən danışırlar. M.S.Ordubadi. Ədəbiyyatoxucuya, xalqa yaxın (z.) olmalıdır.M.İbrahimov
  • Mötəbər, inanılmış. [Aslan bəy:] Yaxınyerdən bilmişəm, özü xəbər göndərmiş.C.Cabbarlı
  • zərf Təxminilik, təqribilik bildirir. Üçaya yaxın bir müddət. Saat beşə yaxındır. Sabahayaxın (sübh açılanda). Axşama yaxın(gün qaralanda). – ___________Bir ilə yaxın idi ki, Gülpərininzülmü davam edirdi. S.S.Axundov.Gecədən xeyli keçib, sübhə yaxındır artıq;Ey könül, dinlə, bahar öz qonağındır artıq.S.Rüstəm. Qafar yaşı əlliyə yaxın olan, xırdaca,arıq bir adamdı. Ə.Əbülhəsən.◊ Yaxın durmaq – 1) yaxınlaşmaq, yanınagetmək; 2) köməyə gəlmək, əl yetirmək,hümmət göstərmək. Heç kəs ona yaxın durmadı.Yaxın durmamaq – 1) yaxınına beləgəlməmək, qətiyyən iştirak etməmək, heçmaraq göstərməmək. İşə yaxın durmur;2) hətta əl vurmamaq, meyil etməmək, toxunmamaq.Yeməyə heç yaxın durmadı. – Əliqululavaş arasında iki yanmış sümük gətirdi,Məsmə ona yaxın durmadı. Mir Cəlal. Yaxındüşmək – b a x yaxın durmaq 1-ci mənada.[Mehriban] ərindən başqa bir [kişini] sevməyibağışlanmayan bir qəbahət sanırdı. Buqəbahəti əxlaqa müxalif bildiyi üçün Səliməyaxın düşməkdən qorxur, mümkün olduğu qədərondan qaçırdı. S.Hüseyn. Nə qədər əlindədövlət var idisə, Əmiraslan Gülpəriyə yaxındüşmürdü. S.S.Axundov.
  • Bir Cevap Yazın