yaxalamaq₁ : f.

  • Yaxasından tutmaq,boğazından yapışmaq. Cəllad Qəməri yaxalayandavəzir, vəkil və bütün əhli-məclis padşahınayağına düşüb dedilər: – Şah, qəzəbinisöndür! (Nağıl). Biz ayı vurulan yerə yetişəryetişməzitlər ayını yaxaladı. A.Şaiq
  • Tutmaq, ələ keçirmək, həbs etmək.Oğruları yaxaladılar. – Sərdar Rəşidin evindəkilərinhamısını yatdığı yerində yaxaladılar,onların hamısı sərxoş olub yatmışdı.A.S.Ordubadi
  • Tapmaq, haqlamaq, tutmaq (gedənyerdə, qaçarkən, uzaqlaşarkən, yaxud bir işgörərkən). Mehriban mütərəddid idi. Bir istəyirdiki, Zeynalın ardınca gedib onu Yelizavetanınevində yaxalasın. S.Hüseyn. // məc.Gəlib yetişmək, başının üstünü almaq. Əcəlonu yaxaladı. – [Abbas:] Məmiş, mən altmışıyaxalamışam. M.Hüseyn. // məc. Rast olmaq,rast gəlmək, tuş gəlmək. Tərs kimi güllə həmişəelə qorxağı yaxalayır. M.Hüseyn. Külək[Giləni] eyvanda yaxaladı. Ə.Vəliyev. Birdəfə çobanı çöldə yağış yaxalayır. Ə.Sadıq.// Məc. mənada. Adamlar Kür çayını elə buradacayaxalamaq, cilovlamaq qərarına gəlmişlər.
  • Bir Cevap Yazın