yaxa : is.

  • Paltarın boyun keçən hissəsi,habelə bu hissəyə tikilən və boyunu əhatəedən parça zolağı. Enli yaxa. Köynək yaxası.Kostyumun yaxası kirlənib. Sırmalı yaxa.– Mina kəmər xub yaraşır belinə; Yaxası qızıldandüymələnibdir. Aşıq Ələsgər. Məsumkişi arxalığının yaxasını düymələyə-düymələyəiçəri girdi. Mir Cəlal
  • B a x yaxalıq. Əlləzoğlu qrafini götürübyaxasını, dizlərini islada-islada su içdi. İ.Hüseynov
  • Sahil, kənar, tərəf. Paris küçəsində, Nilyaxasında; Yenə al bayraqlı izdihamlar var.S.Vurğun. Səs verildi üsyana; Qarşıdakı yaxadan,xəbər gəldi, baxsana; O yanki fabrikadan.Ə.Cavad.◊ Yaxa açmaq – 1) ölü üçün ağlamaq, yassaxlamaq. [Xortdan:] Üç gün yaxa açıb təziyədarolur. Ə.Haqverdiyev; 2) qarğımaq, qarğışetmək. Yaxa ələ vermək – b a x yaxasınıələ vermək. Yaxa ələ verməmək – b a xyaxasını ələ verməmək. Yaxa qurtara bilməmək– xilas ola bilməmək, canını qurtarabilməmək. Hətta kəndin ən zəngin qızları vəyüzbaşının qızları belə, qadınların bu dediqodusundan,qaş-gözündən yaxa qurtara bilməmişdilər.C.Cabbarlı. Yaxa qurtarmaq –bax yaxasını qurtarmaq. [Kərəmov özözünə:]Xeyr a!.. Bundan yaxa qurtarmaqçətin olacaq. S.Rəhman. Yaxa yırtmaq –1) başqası üçün çalışmaq, başqasını haqlıhaqsızmüdafiə etmək. Dost yolunda yaxayırtdım, baş açdım; Gecə-gündüz dadü bidadeylədim. (Qoşma); 2) ağlamaq, fəğan etmək.Yar odur ki, yardan sonra yar üçün; Zülf dağıda,yaxa yırta, yara üz. Qurbani. Bizim üçünbəzmü bərat yazanlar; Eşq əlindən yaxa yırtıbağlaram. Aşıq Mənzur. Yaxası əldə qalmaq– üzərində məsuliyyət qalmaq, məsuliyyətdənqurtara bilməmək. Yaxası ələ keçmək– tutulmaq, girə keçmək, yaxalanmaq.Tülək tərlan kimi havada süzən; Sonra yaxankeçər ələ, pəhləvan! “Koroğlu”. Yaxası(nı)qurtarmaq – canı(nı) qurtarmaq, xilas olmaq,qurtulmaq. Yaxası yaxşı qurtardı. – Nəqədər çalışdımsa, onun əlindən yaxamı qur-tara bilmədim. M.Hüseyn. Yaxasına keçmək– yaxasından yapışmaq, tutub buraxmamaq.Keçib yaxanıza ölümün əli; Hazırdırfələkin qanlı çəngəli! H.K.Sanılı. Yaxasındanəl götürmək (əl çəkmək) – rahat buraxmaq,əl çəkmək, dəyib-toxunmamaq, daha işi olmamaq.[Şamama Cadu:] A gədə, itil cəhənnəmə,yaxamdan əl götür. Ə.Haqverdiyev.[Məmmədhəsən əmi arvadına] Arvad, Allahxatirinə, əl çək mənim yaxamdan. C.Məmmədquluzadə.Yaxasından yapışmaq – 1)yaxalamaq, yapışmaq, tutub buraxmamaq, əlçəkməmək. ..Nə səbəbə avropalılar öz əməllərinikənarda qoyub, bizim yaxamızdan yapışıblar?C.Məmmədquluzadə. [Oğlan] gözləyirdiki, bu saat yaxamdan yapışacaq, kimbilir, nə çətin sual verəcək! Mir Cəlal; 2) məsuliyyətəçəkmək, cavab istəmək. Bu qaydanımən qoymamışam, dəvədən böyük fil var, gedin,onun yaxasından yapışın. “Kirpi”. // Yaxasındantutmaq – 1) b a x yaxasından yapışmaq;2) inadla tələb etmək, bir işdənyapışıb əl çəkməmək. [İndiki şairlər] bir şeyinyaxasını tutub yüz cürə əlfaz və ibarə vəistiarələr yolu ilə onu tərif və tövsif etməyəsərfi-hümmət qılırlar. F.Köçərli. [Əli əmniyyəbaşımübaşir Məmmədə:] Nə tutmusanabconun yaxasından. Konyak da var, Şirazşərabı da! M.İbrahimov. Yaxasını buraxmaq– b a x yaxasından əl çəkmək. [RaufŞeydaya:] Kağız ələ keçərsə, pək fəna…Həm də Məcid əfəndi əsla yaxanı buraxmaz.H.Cavid. Yaxasını ələ vermək – 1) özünüələ vermək, tutulmasına, yaxalanmasına imkanvermək, yaxalanmaq, tutulmaq, ehtiyatsızlıqgöstərmək; 2) məc. birinin tələbləri,xahişi qarşısında yumşaqlıq göstərmək, zəiflikgöstərmək, qarşı dura bilməmək, təsiraltına düşmək. Yaxasını ələ verməmək –özünü ələ verməmək, qaçmaq, yaxın durmamaq,yayınmaq. Yaxasını qırağa (kənara)çəkmək – bir işə qarışmamaq, məsuliyyətdənqaçmaq, özünü kənara çəkmək, boyunqaçırmaq, imtina etmək. Camalın anası əlayağınıyığışdırıb Cənnət kişigilə elçiliyə getdi.Cənnət kişi yaxasını kənara çəkdi. S.Rəhimov.Tahir açıq cavabdan yenə yaxasını kənaraçəkdi.. M.Hüseyn. Yaxasını qurtarmaq –qurtarmaq, canını qurtarmaq. Öylə afətdənyaxasın qurtaran olmazmı şad? Füzuli. [Zeynal]istəyirdi ki, yaxasını uşaqlardan qurtarıbonları analarına versin. S.Hüseyn. Yaxasınıtanımaq – dadanmaq, bir adama daim bir şeyüçün müraciət etmək. Dərd, qara gün yaxasınıtanıyan; Biri mənəm, bir də varmı, biləydim.Molla Cümə.
  • Bir Cevap Yazın