yaqut : is. [ər.]

  • Qırmızı rəngdə olanqiymətli daş. Yaqut üzük (qaşı yaqutdan olanüzük). – Qaş-daşı əlli, vəzni yüz misqal; Qırxdaşı ləldir, onu yaqut. S.Ə.Şirvani. [Hacı Murad:]..Bu rəngdə yaqut heç Xəta padşahınınxəzinəsində də tapılmaz. S.S.Axundov
  • məc. şair. Al-qırmızı rəng simvolu kimi.Aç o yaqut dodağını, ey xanım, aç! Ortayainci, cəvahir, dür saç! A.Şaiq. Şaxta vurubbuz donsa da sənin yaqut yanağında; El qeyrəti,vətən eşqi gülər açıq dodağında. S.Vurğun.
  • Bir Cevap Yazın