yandırmaq : f.

  • Yanmağına səbəb olmaq;alışdırmaq. Lampanı yandırmaq. Kibrityandırmaq. İşığı yandırmaq. Fənər yandırmaq.– [Xudayar bəy:] Zəhmət olmasa, birispiçkə çək, bu qovu yandırım. C.Məmmədquluzadə.Əhməd aralıq peçini yandırdı. MirCəlal. // Məc. mənada. Ələsgərdi mənim adım;Aləmi yandırar odum. Aşıq Ələsgər
  • Şiddətli təsir etmək (isti, qızmar, qaynarşey). Çay əlimi yandırdı. – O gün havaçox isti idi. Günəş yandırırdı. A.Şaiq. Muğangünəşi adamı yandırırdı. M.İbrahimov
  • Qaraltmaq, rəngini tündləşdirmək. Dağhavası adamın üz-gözünü yandırır. – [Ceyranın]açıq hava rəngini bir qədər yandırmış,yanaqlarında təbii bir qırmızılıq görünürdü.S.Hüseyn
  • Dalamaq. Gicitkən əllərimi yandırdı
  • məc. Mənəvi əzab və iztirab vermək,ruhən incitmək, çox ağır təsir etmək. [Səlma:]Odumu söndürdün, yandırdın məni; Get, kaməyetirməsin Allah səni! H.Cavid. Ancaq bir nəfəriMirzənin vəfatı yandırırdı. O adam UstaZeynal idi. Ə.Haqverdiyev.◊ Atasını yandırmaq – b a x ata. Can yandırmaq– b a x can.
  • Bir Cevap Yazın