yandırıcı : sif. Yandırmaq xassəsi olan;yandıran, yaxıcı, qızmar. [Günəşin] yandırıcışüaları amansızcasına yerə şığıyır(dı).Ə.Əbülhəsən. Qoşqar .. yandırıcı dağ günəşininaltında zər kimi bərq vuran balıqları yığmağabaşlardı. İ.Hüseynov. // Məc. mənada.Yandırdı məni yandırıcı firqəti anın. Nəsimi.Heyfa ki bu ali və pakizə hiss [məhəbbət],bu yandırıcı atəş bizim qəlbimizdə yoxdur.F.Köçərli.

Bir Cevap Yazın