yan : is.

  • Tərəf, ətraf. Yanlarda düşmənqalmamışdı. H.Nəzərli. [Güldəstə:] Məktubbu yandadı. H.Seyidbəyli. _ Yan almaq –yanaşmaq, yaxınlaşmaq, yaxın durmaq. [Rəsul]yan alıb lotubaşıdan xəbər aldı: – Əmi,bu kağızlar nə olan şeydir? “Aşıq Qərib”.Bu zaman qatar sürətini azaldıb fit verə-verəstansiyaya yan aldı. A.Şaiq. Hamı ağır bir yükaltından çıxıb yüngülləşmiş kimi danışadanışaotaqdan çıxanda, Tahir anasına yox,kolxoz sədrinə yan aldı. M.Hüseyn. Yan vermək– yanaşmaq. Bir kərə qan bu mətləbi,xalqa ziyan verirsiniz; Molla gedir yeməküçün, siz ona yan verirsiniz. C.Cabbarlı. Dörd(bir) yandan – hər tərəfdən, dörd tərəfdən.[Kərəm:] Coşqun boran alıb dörd bir yanımı;Soyuq kəsib iliyimi, qanımı. “Əsli və Kərəm”.Hər gölməçənin dörd yanına torpaqdan səddçəkilmişdir. M.Hüseyn. // Yer mənasında.Heç bir yanda yoxdur. // Yön, istiqamət. Buyandan getdi
  • Bədənin çiyinlərdən buda qədər olansağ və ya sol hissəsi; böyür. [Mehriban] yanıüstə çevrildi. S.Hüseyn. Ballı .. kürsü çəkib ..[Qara kişinin] yanında oturdu. Ə.Əbülhəsən.Vəzirov yenə də aciz və yazıq bir görkəm alıb,boynunu yana sarı əydi. M.Hüseyn
  • Sağ və ya sol tərəfdə olan. Yan cib. Yanküçə. – [Qəhrəman:] Siz gözüaçıq olun, – deyəyoldaşlarıma tapşırdım və yan otağa getdim.H.Nəzərli. _ İki yanında – sağında və solunda.Bu yanında, … o yanında – sağında,solunda. [Məşədi İbad:] Qəribə yerdəyəm,vallah, bir gözəl o yanımda, bir gözəl bu yanımda.Ü.Hacıbəyov
  • Kənar, qıraq. Hacı Qulu .. ehtiyatla quyununyanına uzanıb diqqətlə baxdı. A.Şaiq.Evin dibində yanının nazik dəmirləri qopmuş,taxtasının şirəsi çoxdan getmiş bir sandıq ..vardı. M.İbrahimov. [Qərənfil xala] göndəriləbiləcək şeyləri bir yana yığdı. Ə.Vəliyev._ Yan eləmək – kənara itələmək. Səkinə,qızın qollarını yan elədi. M.İbrahimov. Çalsaqqalkişi .. adamları yan eləyib .. elə bil vahiməiçində sağa-sola yüyürürdü. Mir Cəlal.Yana durmaq – kənara çəkilmək, uzaq dayanmaq.Göydə mələklər yana durdu; Mələklərdə sana durdu. Qurban. Yandan çıxmaq –nagah, gözlənilmədən, birdən gəlmək, görülmək,ortaya çıxmaq. Bir yana atmaq –laqeyd münasibətlə kənar etmək
  • Sağrı, oturacaq. Çox çəkmədi ki, MirzəSüleyman yanını ovuşdura-ovuşdura qapıdançıxdı. B.Talıblı. [Cavad] yarımkürkününyaxasını açaraq yanını ağac kötüyünün üstünəqoydu. Ə.Vəliyev. _Yanı yer görməmək –bir yerdə oturmamaq, daim ayaq üstə olmaq,yerimək. Əntiqənin yanı yer görmürdü. Səhərdənaxşamacan evdə məşğul idi. Mir Cəlal.Yanını basmaq – dümsükləmək, dümsükləişarə etmək. Alagöz bir qız, Gülsümün yanınıbasdı. M.İbrahimov. Yanını çəkmək – axsamaq,taytımaq. Yanını yerə qoymaq (vermək)– oturmaq. [Həsən:] [Tubu] gəl, biryanını yerə qoy, gör nə deyirəm. Ə.Haqverdiyev.[Vəli:] ..Çək sürünü keyfin hara istəyir,.. özün də yanını ver yerə; al tütəyi əlinə,vəssalam. N.Vəzirov
  • Bilavasitə yaxınlıq, birgəlik bildirir. Yanındadostlarından iki nəfər dəxi var idi, onunsöhbətinə qulaq asırdılar. M.F.Axundzadə.[Ziba] çox gecələri [Əsmərin] yanında yatırdı.S.Hüseyn. [Həbib bəy:] ..Zəhmət çək, hacınınyanına minnətə get. S.Rəhman. _Yanınaalmaq – yaxınlığına gətirmək. Vahid uşağıyanına alıb oynadır, dilə tutub yatırtmaq istəyirdi.Mir Cəlal. Yanına çəkmək – öz tərəfinəgətirmək. Hər kəs öz yarını çəkib yanına;O ki mənəm elə həsrət çəkirəm. Q.Zakir.Yanına düşmək – birlikdə getmək. Mollataytıya-taytıya düşür bunların yanına.“M.N.lətif.” Gəldiyev “gedək” – deyə Rübabəninyanına düşdü. Mir Cəlal. Yanına salmaq– özü ilə aparmaq. Sabah ertə böyükbağımızı gəzmək bəhanəsi ilə Məmmədrzanıyanıma salıb getdim. S.S.Axundov. [Müəllim]bir gün Mayisi yanına salıb Qaçaygilə getdi.Ə.Vəliyev. Yanında saxlamaq – özü ilə birlikdə,özündə saxlamaq. Gətirmişdin sən Zakiriəmanə; Derdi, gedəcəyəm kuyi-cananə;Xeyir görsün, istər düşsün ziyanə; Yamanyaxşısaxla bari yanında. Q.Zakir. …dan// …dən bu yana – …dan …dən bu vaxta qədər.Amma arvadların bu dərəcə həyasızlıqlarını.. dünya yaranandan bu yana heç eşidibsinizmi?C.Məmmədquluzadə. Nə var ki,unutmuşam paltosunu tutmağı; O axşamdanbu yana açılmır qaşqabağı. S.Rüstəm. Öz yanından– 1) guya; 2) öz bildiyi kimi, özündən.Məşədi bəy student qızın adını öz yanındanuydururdu. M.Hüseyn. Fikri (xəyalı)…yanında olmaq – diqqəti …də olmaq. Ramazanınəvvəlinci günündən müsəlmanların fikirvə xəyalı cücəplov yanındadır. C.Məmmədquluzadə.[Qərənfil xalanın] bütün xəyalı busaat cəbhədə olan nəvəsi İldırımın yanındaidi. Ə.Vəliyev
  • Yanında, yanımda şəklində: iki müqayisəobyektindən birinin digərindən üstünlüyünübildirir. Onun yanında bu heçdir.◊ Yan baxmaq – bəyənməmək, həqarətləbaxmaq, pis münasibət bəsləmək. [Altay:]And olsun vicdana, bu gündən sonra; Hər kimyan baxarsa bu yoxsullara; İldırımlar partlayacaqbaşında; Adı yazılacaq məzar daşında.H.Cavid. Yan gəzmək – görüşmək istəməmək,uzaq gəzmək. Bilmirəm ki, neyləmişəmcananə; Hər görəndə məndən belə yan gəzər.Məhəmməd bəy Aşıq. Yanını kəsmək (kəsdirmək)– əl çəkməmək, ayrılıb getməmək.Dərdü qəmü möhnət kəsib yanımı; Qoymazyerə düşə, içər qanımı. Q.Zakir. Vəfalı Hüsniyyərəfiqəsinin yanını kəsdirib sübhə qədərgözlərini yummadı. S.S.Axundov. Yanlarınıqapmaq – çox hirslənmiş, qəzəblənmiş adamhaqqında. Həmin axşam Həsənəlinin evindəümumi bir övqattəlxlik vardı. Tərlan xanımyanlarını qapırdı. Mir Cəlal. Bir yana çıxartmaq– 1) həll etmək, bir nəticəyə gəlmək.Bu barədə yoldaşlarımıznan çox fikirləşdik,fikirləşdiksə də, bir yana çıxarda bilmədik.C.Məmmədquluzadə; 2) tərbiyə vermək, böyütmək.Bir yana çıxmaq – həyatda öz yerinitapmaq. Bir yandan…, o biri yandan… –mütəmadiyən, həmişə. Çürümüş parçanındəxi faydası yoxdur: bir yandan yamadın, obir yandan cırılacaq. C.Məmmədquluzadə….o yana qalsın (dursun) – “başqa”, “əlavə”mənasında. Hər şey o yana qalsın, [Sara xanımın]on iki taxtadan kəsdiyi məxmər tumanıdövrhadövr dörd barmaq enində bafta olurdu.Qantəmir.
  • Bir Cevap Yazın