yaman : sif.

  • Pis. Yaman arvadlının evicəhənnəmdir. (Ata. sözü). Biçarə münəccimbaşıyaman (z.) halda idi. M.F.Axundzadə.Bu dünyada üç şey başa bəladı; Yaman oğul,yaman arvad, yaman at. Aşıq Ələsgər. Saldızaxırda yaman halə məni. M.Ə.Sabir
  • Rəhmsiz, insafsız, əzazil. Yaman adamdır,onunla ehtiyatlı ol. – Kərəm kimi mənoduna yananam; Dostuna dost, düşməninəyamanam. Aşıq Əziz
  • məc. Təsiri şiddətləndirmək üçün bəzən“çox”, “həddindən artıq”, “bərk”, “tez”, “şiddətli”kimi mənalarda işlənir. Yaman işə düşmüşdüm.Bu gün yaman istidir. – Qara Pəhləvanyaman güclü, həm də yaman əyyar idi.“Koroğlu”. Bu davadan sonra iki məhəlləninarası daha da yaman pozuldu. N.Nərimanov.Ey könül, fürsəti badə vermə gəl; Gün keçir,ay keçir, il yanan gedir. M.Rahim. // Bəzən“çox yaxşı”, “əla” mənasında işlənir. Yamanatandır. Yaman çalır. Yaman qoçaqdır
  • is. Qarğış. Məhəmmədhəsən əmi Əhməddəneşşək necə olmağını soruşan kimi İzzətuca səslə onun üstə qışqırıb başladı yamanı.C.Məmmədquluzadə
  • tib. Həyat üçün təhlükəli, çox qorxulu,xətərli, zərərli, pis. Yaman şiş. Yaman yara.// dan. İs. mənasında. Dilərəm üzünə çıxsınbir yaman; Müdam zəhər olsun alnı namərdin.(Qoşma).◊ Yaman demək – söymək. Şaban nənəƏsədi qabağına salıb yaman deyə-deyə (z.)gedir. C.Məmmədquluzadə. Yaman dəymiş– qarğış ifadəsi. Alo kişi .. yabının yox olduğunugördü: – Əşi, bu yaman dəymiş haraəlli-ayaqlı itdi. S.Rəhimov. Yaman göz –gözdə, baxışda bədbəxtlik gətirən əsrarəngizsehirli qüvvə. Yaman gözə şeşələnən buynuzhədəfə; Bu daş çoxdan atılmışdı; İndiçatırdı. M.Araz. Yaman gün – 1) pis gün;ağır, əziyyətli, məhrumiyyətlərlə dolu vəziyyət.Yaman günün ömrü az olar. (Ata. sözü);2) ağır vəziyyət (hal), pis vəziyyət. Fətulla ..yaman gündə yatırdı. Mir Cəlal. Yaman günə(hala, kökə) düşmək – səhhətcə, zahiri görünüşcə,yaxud maddi vəziyyətcə pis haladüşmək. Su tükəndi sənəkdən; Sənək sındıbiləkdən; Bir yaman günə düşdüm; Qurtarmadımkələkdən. (Bayatı). Yaman günə salmaq– korlamaq, xarab etmək, pis hala (vəziyyətə)salmaq. Yaxşılığı əlimizdən alıblar;Yaxşı bizi yaman günə salıblar. Şəhriyar.Yaman olmaz – pis olmaz, yaxşı olar. [Hüseyn:]Gedib ona bir baş çəksən, yaman olmaz.Qantəmir. Yaman yerdə axşamladıq –gözlənilmədə, çətin, çıxılmaz, təhlükəli vəziyyətədüşdükdə deyilən ifadə. [Əlibala]əsəbi bir halda başını bulayıb deyindi: – Yamanyerdə axşamladıq! M.Süleymanov.
  • Bir Cevap Yazın