yamamaq : f.

  • Bir şeyin cırıq və ya yırtıqyerini təmir etmək. Şalvarın dizlərini yamamaq.Corabları yamamaq. Çəkməni yamamaq.– Yamayardım babamın çul-çuxasın.M.Ə.Sabir. Salatın üstünə ala-bəzək çaynikqoyulmuş samovarın yanında oturub əlindənə isə yamayırdı. M.Hüseyn
  • məc. dan. Uymadığı halda bir şeyə əlavəetmək, artırmaq, yapışdırmaq. [Faytonçu:]Özün bilirsən ki, taksı beş şahıdır. Məndən ikişahı kəsib harana yamayacaqsan? Ə.Haqverdiyev.[Möhsün:] Musa, gətir, bu kökdəşəklimizi çəkdir. Lazımın olar, filmlərin birinəyamayarsınız. Mir Cəlal.
  • Bir Cevap Yazın