yalnız :

  • əd. Məhdudiyyət bildirir –ancaq, təkcə. Yalnız bircə şərtlə. Yalnız biradam gəlmişdir. Məclisdən yalnız siz əskikidiniz. Yalnız bir arzum var. – Usta Zeynalınövladdan yalnız altı yaşında Tutu adlı bircəqızı vardı. S.S.Axundov. Mehriban əsəbiləşmişdi.Uşaqları düşünmək, onların halına acımaqyalnız onunmu vəzifəsi idi? S.Hüseyn.Yalnız o biri günün axşamı o, baş götürübgetdiyi uzaqlardan geri qayıtdı. Ə.Məmmədxanlı
  • Zərf mənasında. Tək, tənha, başqalarıolmadan, başqalarından ayrıca. Yola yalnızçıxdım. Uşaqları evdə yalnız qoymayın. Kimsəyox idi, yalnız idim. – Ata-anası bir yerə qonaqgedən vaxt Sonanı da istərdilər aparsınlar,lakin Sona “keyfim yoxdur” deyib, həmişəevdə yalnız qalırdı. N.Nərimanov. Mən o kişiniindi yalnız gəzən görürəm. S.Hüseyn.Bəzən axşamüstü gəlirəm evə; Yalnız buraxmayırxəyalın məni. S.Vurğun.
  • Bir Cevap Yazın