yalan : is. Aldatmaq məqsədi ilə deyilənəsilsiz söz (doğru, gerçək ziddi). Yalan söyləmək.– Surxay öz yalanından utanıb qıpqırmızıoldu. M.Hüseyn. _ Yalan danışmaq –yalançılıq etmək, doğru söyləməmək, danışarkənhəqiqəti gizlətmək. [Kişi:] Bütün rayononu da bilir ki, bu bir ildə mən hələ yalandanışmamışam. İ.Hüseynov. Yalan satmaq –aldatmaq, yalan demək. Yalan satar tamambir-birinə; Zahirdə ittifaq, batində nifaq.Q.Zakir. [Sultan:] Bütün rayon bilir ki, SultanƏmirliyə yalan satmaq adama çox bahaoturur. İ.Hüseynov. Yalan yerə – yalandan,yalan olaraq, aldatmaq məqsədi ilə; nahaq,səbəbsiz. Yalan(a) çıxmaq – əsli olmadığımeydana çıxmaq, düz çıxmamaq. Yalanı çıxmaq– doğru danışmadığının üstü açılmaq,sözlərinin yalan olduğu aşkara çıxmaq. Yalanınıtutmaq – düz danışmadığını ifşa etmək,danışdığı sözlərin əsilsiz olduğunu bəlli etmək.Hər kəs istəyir ki, mənim yalanımı tutsun,təvəqqe edirəm, bu yazdığıma yaxşı diqqəteləsin. C.Məmmədquluzadə. // sif. Düzolmayan, əsli olmayan, qeyri-həqiqi, qeyrigerçək;uydurma. Yalan söz. Yalan xəbər.Yalan vədlər. – Müridlərdə bütün bidəti, cinayəti,fisqi; Yalan hədisləri rövzəxanda görməliimiş. M.Ə.Sabir.◊ …yanında yalandır – müqayisə bildirir.Kəşfiyyat quyusundan elə neft çıxır ki, onunyanında Suraxanı nefti yalandır. M.Hüseyn.

Bir Cevap Yazın