yağlı : sif.

  • Yağı olan, tərkibində yağçox olan. Yağlı ət. Yağlı xörək. Yağlı balıq.– Yadın oğlu yağlı aşa mehmandı; Dar günündəbaxarsan ki, usandı. Aşıq Ələsgər. Ətbazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədimədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani.Axşamın toranında közərib parıldayan kömürünüzərində şişlərə yağlı qabırğalar çəkilmişdi.İ.Hüseynov. // Tərkibində yağ maddəsiolan. Yağlı bitkilər
  • Yağa bulaşmış. ..Məmməd kişi kababıyeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman.// Üzərində yağ ləkəsi olan; kirli, çirkli. Yağlıəsgiləri yumaq. Köynəyin boynu yağlıdır
  • məc. dan. Pullu, varlı, gəlirli, yaxşı gəlirmənbəyi olan. Yağlı yer. – Molla Xəlil düşünürdü:hər üç, beş Quran oxudan Hacı Hüseynkimi yağlı müştərilər Quranların sayınıixtisara salsalar, o zaman mədaxili birə-üç,birə-dörd azalacaqdır. S.Hüseyn. LeyləkƏləmdar çovğunun, azanın və zənglərin qatqarışsəslərinə qulaq verir, onda yağlı birqarət həvəsi doğurdu. S.Rəhimov
  • məc. dan. Kəsərli, tutarlı, təsirli, şiddətli.Yağlı töhmət aldı. – Cəbhədə dəydimi onayağlı, tutarlı bir kötək; Atəş alır, quduzlaşır,dörd yanı qapır köpək. Ə.Nəzmi.◊ Yağlı boya rəss. – tərkibində yağ olanrəssam boyası. Vəzir taxt üstündə oturdu vəbir müddət hamamın kəllə divarındakı yağlıboya ilə çəkilmiş əfsanəvi ənqa quşuna baxaraqfikrə getdi. Ə.Məmmədxanlı. Yağlı dil –şirin, lakin yalan sözlər, aldadıcı dil. Qərəz, oyan-bu yan, Xoca Əziz yağlı dilini işə salıbqoruqçunun hirsini yatırtdı. “Koroğlu”. [Qəhrəman:]Mən [xanımın] hiyləgər və yağlı dilinəqarşı dərin bir nifrət hiss edirdim. H.Nəzərli.İndi Leylək .. o yağlı dili tapa bilərdimi?S.Rəhimov.
  • Bir Cevap Yazın