yağ : is.

  • Ev heyvanlarının südündən hasiledilən, asan əriyən, yeyilən və xörək bişirməküçün işlədilən maddə. Şit yağ (kərə).Ərinmiş yağ. Camış yağı. Sarı yağ (ərinmişyağ). İnək yağı. – Yağdan sonra düyü tədarükünündalına düşürlər, çünki plov düyüsüzolmaz. C.Məmmədquluzadə. Hamımız süfrəbaşına oturub qatıq, yağ, qaymaqdan doyuncayedik. A.Şaiq. Pərşan ocağı alışdırdı, tavayayağ atdı. M.İbrahimov
  • Ətin içində olan ağ və əriyən maddə;piy. İç yağı. Quyruq yağı. // Heyvanın dərisialtında qalın bir təbəqə təşkil edən piy maddəsi…Yağ əridikcə közün üstünə damcılayıbcızıldayır, seyrək tüstü qalxıb sakit havadayayılır, həyəti kabab iyi bürüyürdü. İ.Hüseynov
  • Bəzi bitkilərin tumundan, çiçəyindənvə ya meyvələrindən çıxarılan maddə, yağlımaye. Günəbaxan yağı. Pambıq yağı. Zeytunyağı. Küncüt yağı. Xaşxaş yağı. // Mineralmənşəli bəzi maddələrdən alınan yağlı maye.Neft yağı. Maşın yağı
  • tib. Tərkibində yağ maddəsi olan bəzidərmanların adı. Sürtkü yağı
  • məc. dan. Fayda, xeyir mənasında.◊ Balıq yağı – bəzi dəniz məməlilərindənalınan və müalicə məqsədi ilə işlədilən yağ.Həkim uşağa balıq yağı yazıb. Yağ çıxarmaq(tutmaq) – südü çalxamaqla yağ hasiletmək. Arvadların bir qismi maşınla yağ çıxarır,o biri qismi isə südü mayalayıb pendirtuturdu. İ.Əfəndiyev. Yağ kimi dan. – asanlıqla,maneəsiz. Dinləyə-dinləyə “oxqay”lardeyir; Canına yağ kimi yayılır şeir. S.Vurğun.Yağ kimi ürəyinə yatmaq – çox xoşuna gəlmək,məmnun etmək, ləzzət vermək. Onunsözləri yağ kimi ürəyimə yatdı. – Bağır ömründəbirinci dəfəydi ki, Nurcabbara “şair”deyirdi və güman eləyirdi ki, bu söz Nurcabbarınürəyinə sarı yağ kimi yayılmalıdı..İ.Məlikzadə. Yağ salmaq – 1) bişərək yağıçıxmaq. Quymaq yağ salıb; 2) məc. kökəlmək.Yağ yaxmacı – üzərinə yağ sürtülmüşçörək parçası. Rüstəm bəy bir parça çörəkgötürüb özünə yağ yaxmacı qayırdı. Çəmənzəminli.Yağ zavodu – süddən yağ və başqaağartı hazırlayan zavod. Yağa düşmək – b a xyağ salmaq 1-ci mənada.
  • Bir Cevap Yazın