yadigar : is. [fars.]

  • Xatirə olaraq verilən,saxlanılan, yaxud qalan şey. Bu kitab sənəbizdən yadigar olsun. – Vaqifin və Vidadinin.. əşar və əbyatları .. gələcək nəsil üçünböyük yadigar məqamındadır. F.Köçərli. [Dulqadın:] [Oğluma] atadan yadigar olaraq birbazubənd qalmışdı, qoluna bağlamışam.Çəmənzəminli. Babalarımız burada yaşamış,burada ömür sürmüşlər. Bu yurd onlardanbizə yadigar qalmışdır. Ə.Məmmədxanlı.// Hər hansı bir hadisəni, işi, adamı və s.-nixatırladacaq, yaxud yada salmaq üçün vasitəolacaq şey. Şeyx tək otaqda, Gülsümdən yadigarqalan bir pişiyin müsahibəti ilə təbibsiz,dərmansız ömrünün axır saatını gözləyirdi.Ə.Haqverdiyev. İndi haman pələng dərisiməndədir. Atamızdan yadigar olduğu üçünsaxlayıram. A.Şaiq
  • məc. Qalıq, nümunə. Keçmiş dövrlərinyadigarı. – Məşədi Əhməd tamamilə əski həyatınbir yadigarı idi. S.Hüseyn.
  • Bir Cevap Yazın