yaddaş : is. Bir şeyi zehnində saxlamaqvə yenidən təsəvvürdə canlandırmaq qabiliyyəti;hafizə. Yaddaşı inkişaf etdirmək. Yaddaşızəifdir. Heç yaddaşım yoxdur. _ Yaddaşdəftərçəsi – yaddan çıxmasın deyə, birşeyi qeyd etmək üçün kiçik dəftərçə. İclasdaCəmilənin dediyi misraları; Tapıb yazdı o,dərhal yaddaş dəftərçəsinə. B.Vahabzadə.Yaddaş etmək – yadında saxlamaq, yaxudyadında qalmaq üçün bir yerə qeyd etmək.Deyilənləri bir dəftərə yaddaş et. Yaddaşkitabçası – içərisində müəyyən bir sahəyə,ixtisasa aid ən vacib məlumat olan kitabça.[Gülşən:] Yaddaş kitabçasını əlində bərk sıxdı.Ə.Vəliyev. Yaddaşından çıxmaq – yadındançıxmaq, unutmaq. Çox yuxusuz gecələr sovuşsada başımdan; Gözlərinin gülüşü çıxmayıbyaddaşımdan. R.Rza.

Bir Cevap Yazın