yad₁ : sif.

  • Qohum olmayan, qohumluqvə ya yaxınlıq əlaqələri ilə bağlı olmayan;özgə, kənar. Yad uşaqlar. Özünü yad adamkimi hiss etmək. – Bir gün kişi diqqət eləyibgörür ki, övrəti gündüzlər ayağına corab geymir,.. yad kişilərin də yanında ayaqları çılpaqdolanır. C.Məmmədquluzadə. // İs. mənasında.Yadlar buna nə deyərlər? Yadları özünəgüldürmə! – Bağrımı yandırdın oda; Sirrsözümü vermə yada. Aşıq Ələsgər. Taleyimbelədir. Xalqın yeddi arxa yadları ağzınıaçanda tərif tökür… Mənim .. doğma atamayağımdan çəkir. Mir Cəlal
  • Öz vətəni, yeri olmayan; yabançı. Yadşəhər. – Yad ölkədi, düşmən çoxdu; Ərəb atımən istərəm. “Koroğlu”. [Sona] Sən bu yadyerdə, yad adamın yanına niyə gəlibsən?!M.F.Axundzadə. Rüxsarə tənha olaraq buqaranlıq vaxtda bu yad evə göndərildiyininmənasını özünə aydın edə bilmirdi. S.Rəhimov
  • Ruhca, mahiyyətcə, görüşcə uzaq olan,zidd olan, hər hansı bir səbəbə görə yaxınola bilməyən; yabançı. Bizə yad görüşlər.– İsmayılzadə təbiətən, diplomatik hiylələrəyad bir adamdı. M.Hüseyn. _Yad olmaq –təbiətinə, xasiyyətinə uyğun olmamaq, uzaqolmaq, heç bir münasibəti olmamaq. Mənəheç vaxt yad olmadı; Sevinciniz, qəminiz;Xəyallarla nəfəs alan; Cavanlıq aləminiz.B.Vahabzadə
  • məc. Düşmən mənasında. Qəza tutdu,qədər məni budadı; Ağlatdı dostları, güldürdüyadı.. Aşıq Ələsgər. ..Dostun da sirrini yadavermək namərdlikdir. C.Məmmədquluzadə.Yadların onda kəsilsin nəfəsi; Bürüsün hərtərəfi nəğmə səsi. S.Rüstəm.
  • Bir Cevap Yazın