yad₂ : bax yaddaş. _Yad edilmək – yadasalınmaq, anılmaq, xatırlanmaq. Yad etmək(eləmək) – yadına salmaq, xatirə gətirmək,anmaq. Kuyində məhrəm etdi rəqibi səfa ilə;Qəhr ilə etmədi məni həm yad, ağlaram.X.Natəvan. Hərdənbir ana dilini danışmaqilə keçmişdəki gözəl günləri yad etməyin nəeybi var? C.Məmmədquluzadə. Yad olunmaq– xatırlanılmaq, yada salınmaq, anılmaq.Yad(ın)da saxlamaq (tutmaq) – unutmamaq,daim xatırlamaq, hafizəsində saxlamaq.Bir şair sözünü yadında saxla; Bil ki, bu dünyadahünər qalacaq. S.Vurğun. Yada düşmək– hafizədə, yaddaşda yenidən canlanmaq,xatirə gəlmək; xatırlanmaq. Ac yadınadüşməz, hər kim tox olur. Q.Zakir. Fikr etdikcəcümlə bir-bir keçənləri; Yadə düşər, yanarciyər, ağlaram. M.V.Vidadi. Bayaq fikirləşdiyimsözlərin heç biri yadıma düşmədi.M.Hüseyn. Yada gəlmək – b a x yada düşmək…Elə bir məqam və elə bir iş yadımagəlmir ki, müsəlman intelligentləri oradaqorxaqlıq büruzə verələr. C.Məmmədquluzadə.Yada salmaq (gətirmək) – hafizədə,yaddaşda canlandırmaq, xatirə gətirmək.Keçmişi yada salmaq. – Gedirəm, gəl ötürpiyada məni; Qəlbində unutma, sal yada məni.Molla Cümə. Yaddan çıxmaq – hafizədən,yaddaşdan silinmək, unudulmaq. Yadındaolmaq – xatirindən çıxmamaq, yadından çıxmamaq,unudulmamaq. [Çərkəz:] …Ay Teybə,a qızım, əriştə yadında olsun haa, axşam sizdəyəm.İ.Məlikzadə. Yadından çıxmaq –hafizəsindən silinmək; unutmaq. Bilmirəmharadan danışmaq istəyirdim, yadımdan çıxdı.C.Məmmədquluzadə. [Mirzə:] Çox razıyamsizdən. Üç il bundan qabaq uşaqlar haqqındaetdiyiniz yaxşılıq indi də mənim yadımdançıxmır. Ə.Haqverdiyev. // Yadımdadır şəklində– yadımdan çıxmamışdır, indi də hafizəmdədir,unutmamışam. ..Bu da yadımdadırki, tayamızın dal tərəfində itimiz yuvayanisbət bir deşik qayırmışdı. C.Məmmədquluzadə.

Bir Cevap Yazın