vurmaq : f.

  • Əli ilə və ya əldə tutulanbir şeylə çırpmaq, zərbə endirmək. Ağaclavurmaq. Şillə vurmaq. Qamçı ilə vurmaq.Əllərinə vurmaq. – [İvan bəy:] Səsini kəs,buyuraram, başına yüz tatarı vurarlar.N.Vəzirov. Fərraşlar Məşədi Həsəni yıxıb,ayağına on çubuq vurdular. Çəmənzəminli.Əlimdəki dəyənəyimlə iti vura-vura (z.) qovdum.A.Şaiq. // Buynuz, təpik və s. ilə zərbəendirmək. İnək uşağı vurdu. Onu at vurmuşdur.// Döymək, kötəkləmək. Uşağı vurmaqolmaz
  • Bir şeylə toxundurmaq. Qasım kişi çaxmağıdaşa vurub, qovu basır çubuğa.C.Məmmədquluzadə. [Rüstəm:] Mən yavaşcaöküzün boynuna vurub, həyətə döndərdim.S.Rəhimov. Eldar Ayazın çiyninə vurdu.Ə.Məmmədxanlı
  • Çalmaq, çaxmaq, qaxmaq, soxmaq. Mıxvurmaq. Paya vurmaq
  • Güllə ilə vurub öldürmək. Ovçular meşədəüç qaban vurdular. – Bir dəfə Tükəzbanxala gecə bostandan qayıdırkən tüfəng ilə bircanavar vurub öldürmüşdü. B.Talıblı. // Birşeylə vurub yaralamaq. Quşu ayağından vurmuşlar.– [Kərbəlayı Rəcəb:] Arığın nə işi varqoruqda, vuralar qılçası sına. N.Vəzirov
  • Atəşə tutmaq, topa tutmaq, gülləyə basmaq.Sahildən düşmən gəmilərini vurmaq._ Vurub salmaq – güllə və s. zərbəsiningücü ilə yerə düşməyə məcbur etmək. Ağacdanalmanı vurub salmaq. Zenitçilər düşməntəyyarəsini vurub saldılar
  • Bir şeyi sərrast atıb hədəfə toxundurmaq,dəydirmək. Nişanı vurmaq. Nə qədəratdımsa, hədəfi vura bilmədim
  • Dayamaq, dirəmək, qoymaq, söykətmək.Divara dayaq vurmaq. Ağaca dəstəkvurmaq
  • Taxmaq, keçirmək, bağlamaq. Atın ayağınacidar vurmaq. – Səlim bəy Nəbinin ayaqlarınaqandal vurub, Gorus qazamatına göndərir.“Qaçaq Nəbi”. [Gilə] içəri girib, qapınıörtdü və sürməsini vurdu. Ə.Vəliyev
  • Yükləmək, yığmaq, çatmaq, doldurmaq.Arabaya (maşına, gəmiyə) yük vurmaq, tayvurmaq. – Çıx minbərə, zahirdə oxu nəqlkitabı; Buğdanı vur anbara, elə meyl şərabı.M.Ə.Sabir
  • Taqqıldatmaq, döymək. Qapını vurmaq.Darvazanı vurmaq. – Hələ şam yeməyihazır olmadan, iki qız bir də anası qapınıvurub içəri girdilər. M.S.Ordubadi. // Döyəcləmək,çalmaq. Nağara vurmaq. Dəf vurmaq.// t-siz. Zərbə və ya başqa bir səslə bildirmək,xəbər vermək. Telefonun zəngi vurdu.Saat 12-ni vurdu
  • Xarab etmək, məhv etmək, zədələmək,zərər vermək. Almaları dolu vurdu.Əkinləri don vurdu. Meyvələri şaxta vurmuşdur.– Şaxta vurmayacaq göy zəmiləri; Qışgəlib gedəcək bir bahar kimi. S.Vurğun.|Nəbi:] Yenə dolu vurdu bizim bağları; Azqaldı ki, düşmən ala dağları. “Qaçaq Nəbi”
  • məc. Bərk təsir etmək. Saçlarının ətrivə bədəninin hərarəti Rüstəmi uzaqdan vurur,ruhunu oxşayırdı. M.İbrahimov. Kərim bəyqapını açanda ağır və boğucu isti hava onuvurdu. Mir Cəlal. Gorus dağının başındaNəbini isti vurur, bir kölgəlik tapıb uzanır.“Qaçaq Nəbi”
  • məc. dan. İçmək (yalnız spirtli içki haqqında).[İsmayıl bəy:] Günorta əyləşib, gecəyarısınadək vurdunuz, o sənin sağlığına, sənonun. N.Vəzirov. [Səfər bəy:] Gəlib MirzəTurabla araq vursaydım, bundan yaxşı olardı.B.Talıblı
  • dan. Oğurlamaq, çırpışdırmaq, çalmaq.[Əhməd dedi:] Sandıqçanı vurmuşam, içidolu pul. N.Nərimanov
  • Sürtmək, çəkmək, yaxmaq. Pəncərələrərəng vurmaq. Üzünə pudra vurmaq
  • Yapışdırmaq, asmaq. Divara elan (afişa)vurmaq. Divara xalça vurmaq
  • Yıxmaq, çırpmaq. Hüseynağa çölə çıxdıqdakülək onu yumurlayıb yerə vurdu.M.İbrahimov
  • riyaz. Artırmaq, zərb etmək. Beşi ikiyəvurmaq
  • “Özünü” sözü ilə – yalandan göstərmək,oxşatmaq. Özünü dəliliyə, bilməməzliyə,xəstəliyə vurmaq. – [2-ci əcinnə:] Özünüvurubsan səfehliyə, xanımın xoşuna gəlib,səni çörəkləyib saxlayır. Ə.Haqverdiyev. Nəbiözünü karlığa vurub, ona yaxın gəlməsini əliilə işarə edir. “Qaçaq Nəbi”
  • “Özünü”, “özlərini”, “özümüzü” sözləriilə – soxulmaq, girmək, bir şeyin içərisinəatılmaq, dalmaq, cummaq, yönəlmək,üz tutmaq. Özünü sürüyə vurdu. Özlərinimeşəyə vurdular. – [Nəbi:] Uşaqlar, yerimizaçıqdadı. Zalım uşağı bizi qıracaq, atlarıminib, özümüzü düşmənin qoşununa vuraq!“Qaçaq Nəbi”. Eyvaz kişi özünü çaya vurdu.Ə.Vəliyev
  • Sancmaq, çalmaq. İlan vurmaq. Əqrəbvurmaq. – Əziziyəm, qan damar; Arı vurar,qan damar; Kasıblıq adın çəkmə; Ürəyiməqan damar. (Bayatı.) [Səadət xanım:] İlanvuran yatar, amma mənim yuxum gəlməz.N.Vəzirov
  • Calamaq, aşılamaq. Peyvənd vurmaq.Aşı vurmaq. – Vurduq ağaclara biz peyvənd,calaq. Seyidzadə
  • Kəsmək, kəsib gödəltmək. Paltarınətəyindən bir qədər vurmaq. Dəllək saçımıvurdu. Pambıq kollarının başını vurmaq
  • t-siz. Döyünmək, atmaq, işləmək.Nəbzi vurmaq. – Yenə də bir vuraydı qəlbimizgizli-gizli; Sən ey əsmər bənizli! M.Müşfiq.Bir soruş gör, heç ürəyim bir gün onsuzvurdumu? Ə.Cəmil
  • t-siz. Atmaq, fışqırmaq. Fontan vurmaq.Fəvvarə vurmaq
  • Xüsusi cihaz və s. vasitəsilə yeritmək(maye, hava, qaz və s.). Nasosla su vurmaq.– Həkim iynəni qaynadıb, Tahirin yumşaqətinə penisillin iynəsi vurdu. M.Hüseyn
  • dan. Çevirmək, bir vahidi əsas götürərəkhesablamaq. Kağız pulu qızıla vurmaq
  • Bir sıra isimlərin yanına gətirilərək,ismin ifadə etdiyi məna ilə əlaqədar mürəkkəbfeillər və müxtəlif ifadələr düzəldilir;məs.: dövrə vurmaq, zərər vurmaq, dəm vurmaq,əl vurmaq
  • “Vurdu” şəklində – birdən, gözlənilmədən.İki gün çəkmədi, vurdu anam xəstədüşdü. Mir Cəlal
  • “Vurub” şəklində – çox-çox geridə buraxıb,ötüb, aşıb. Trest müharibədən əvvəlkihəcmi vurub keçəcəkdir. Mir Cəlal.
  • Bir Cevap Yazın