vücud : is. [ər.]

  • Olma, varlıq, mövcudolma, var olma. Bəs bunların vücudu nəyəlazımdır! M.F.Axundzadə. Kəndlilər onun[Xəlilin] vücudunu özləri üçün bir nemətbilirdilər. S.Hüseyn. _ Vücuda gəlmək –əmələ gəlmək, meydana gəlmək, ortaya çıxmaq,törəmək. Hüsnün kitabətindən gəldivücudə aləm. Nəsimi. [Əhməd] bu uzun müddətiçində Bakıda nə kimi bir dəyişiklikvücuda gəldiyini görmək, bilmək istəyirdi.A.Şaiq. Vücuda gətirmək – yaratmaq, törətmək,meydana gətirmək
  • Cisim, bədən, orqanizm. [Fəxrəddin:]Yox, o deyil, mənim sevgilimin boyu bundandaha ucadır, vücudu daha böyük tənasübəmalikdir. M.S.Ordubadi. [Qadının] qarabuğdayıüzündə bir dirilik, yanaqlarında vücudununsağlamlığından nəşət edən bir qırmızılıq.. mövcuddur. S.Hüseyn. Vücudun möhkəmolması döyüşçü üçün mühüm şərtdir. MirCəlal
  • Adam, şəxs. Amma mən elə başa düşmədimki, bu yavuqlarda vəfat edən bir vücudunbarəsində o qədər çığır-bağır saldılar.C.Məmmədquluzadə. Məşədi Səttar dedi:– Bu da bir tühaf vücuddur. Ə.Haqverdiyev.Gözümün qarşısında mələk qədər məsum birvücud od içində yanır. S.Hüseyn. [Səfər bəy:]A kişi, Mirzə Turab, sənə kişi kimi söz deyirəm,siz iki qardaşsınız, ikiniz də alim vücudsunuz.B.Talıblı.
  • Bir Cevap Yazın