viran : sif. [fars.] Uçuq, yıxıq, dağılmış;viranə qalmış; bərbad. Viran şəhər. Viran ev.Viran ölkə. – Açdı mənə dərdli ağac; Viranbağın məlalını. M.Rahim. _ Viran qalsın(olsun)! – dağılsın! məhv olsun! (qarğış).Zülm əliylə məni yada verirlər; Viran qalsınbelə zamana, – dedi. Aşıq Ələsgər. Viranqoymaq – dağıtmaq, uçurtmaq, bərbad halaqoymaq, xarabazara döndərmək. Zamanzamanbir div kimi köksümüzə çökdü onlar;Yurdumuzu, yuvamızı viran qoyub sökdü onlar.M.Müşfiq. Viran etmək – 1) dağıtmaq,uçurtmaq, yıxmaq, alt-üst etmək, bərbad birhala salmaq, pozmaq, korlamaq. Şamaxıdapristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlmanövrətinin evini viran etdi. C.Məmmədquluzadə;2) məc. mənada. Dilbəra, dərdidilimdənbelə ünvan etdim; Ki, qəmi-hicrdədil mülkünü viran etdim. Natəvan. Məcnunoldum, düşdüm çölə; Könlümü viran elədin.Aşıq Əsəd. Viran olmaq (qalmaq) – dağılmaq,uçulmaq, bərbad olmaq, xarabalığadönmək. Tamam aləm viran olsa, qəmim yox;Tək canan mənimlə ittifaq olsun. Q.Zakir.// məc. klas. Kədərli, məhzun, təsəllisiz. Vaqifəm,olmuşam zülfə giriftar; Könlüm viran,halım xarab, günüm zar. M.P.Vaqif.

Bir Cevap Yazın