vida : is. [ər.] Görüşüb bir-birindən müvəqqətivə ya həmişəlik ayrılma; xudahafizləşmə,sağollaşma; əlvida. Hacı təntənəlibir vida ziyafəti düzəltmişdi. M.S.Ordubadi.Şükufələnmiş güllər nəsimin dəyməsindənenib-qalxdıqca, Gülsümün vidasına cavabən:“Get, Allah səni xoşbəxt eləsin!” deyirdilər.Ə.Haqverdiyev. _ Vida etmək (eləmək) –1) görüşüb ayrılmaq, vidalaşmaq, əlvida etmək,xudahafizləşmək, sağollaşmaq. Xülaseyi-kəlam, vida etdilər; Rahi-Yəmən tutubsəhər getdilər. Q.Zakir. Göz yumub onlaraAzər, köpürən; Gurlayan şəhrə vida etdi həmən.H.Cavid. Elm və maarif arzusunda olanAbbasqulu ağa cavan yaşlarında Amsar kəndinəvida edib, təhsil dalınca getdi. Ə.Sadıq;// məc. mənada. Gülzara hənuz yetmədən xar;Gül qıldı vidayi-səhni-gülzar. Füzuli; 2) b a xhəyata vida etmək. Qulam müəllimin arzusuo idi ki, yetmiş-səksən yaşına qədər ömür sürsünvə bu ömrün hamısını da müəllimliyə sərfetsin, axırıncı dəfə məsum çocuq gözlərinəbaxıb vida etsin. S.Rəhimov. Həyata vidaetmək, vidayi-həyat etmək – həyatla vidalaşmaq,ölmək. Dursunun gəncliyinin ənazğın çağında atası Pirverdi bütün sərvətiniona buraxıb həyata vida etdi. A.Şaiq. – Çörək!Çörək! – deyərək eyləyir vidayi-həyat; Köməkdilər kimi ətrafını süzər sakit. C.Cabbarlı.

Bir Cevap Yazın