vermək : f.

  • Bir şeyi öz əlindən çıxarıbbaşqasına ötürmək, təslim etmək, çatdırmaq;tapşırmaq. Pul vermək. Onu mənə ver. Hazırmaterialları redaktora verdim. Əldən-ələvermək. – Feldşerin verdiyi təmiz xalat onaçox gözəl yaraşırdı. M.Hüseyn
  • İstifadə üçün ayırıb birinin sərəncamınatapşırmaq, ixtiyarına vermək. Klub üçün binavermək. Yeni binada ona üçotaqlı mənzil verdilər
  • Bağışlamaq, hədiyyə etmək, mükafatlandırmaq.Mükafat vermək. Pay vermək
  • Sərf etmək, yönəltmək, sövq etmək.Bütün fikrini işə vermək
  • Ödəmək, əta etmək, qaytarmaq. Aldığışeyin pulunu vermək. Haqqını vermək. Borcunuvermək istəmir
  • Pulla ödəmək, müəyyən qiymətə almaq.Paltoya yüz manat vermişəm. Kitaba nə verdin?7. Hasil etmək, hüsula gətirmək. Qazancvermək. Bar vermək. Müəssisə çoxlu gəlirverir. Ağac çoxlu meyvə verir. Bu quyu dahaneft vermir
  • Düzəltmək, təşkil etmək, tərtib etmək.Ziyafət vermək. Tamaşa vermək. Konsert vermək
  • Nəşr etmək, elan etmək. Qəzetdə elanvermək. Qanun vermək
  • Bildirmək, demək. Telefonunun nömrəsinivermək. Ünvan vermək
  • Yaşını təyin etmək (üzdən, zahirdən).Ona 40 yaşdan artıq vermək olmaz
  • Tapşırmaq, təyin etmək, həvalə etmək.Şagirdə məsələ vermək. Çətin iş vermək
  • Ərə getməsinə icazə vermək, yaxudməcbur etmək. Qızı oğlana verdilər. Atasıqızını verməkdən boyun qaçırdı. // Qovuşmasına,birləşməsinə imkan vermək. VermədiFərhadə çərxi-bivəfa Şirinini, Hadiya.M.Hadi
  • “Özünü” sözü ilə bərabər – getmək,yönəlmək, bir tərəfə üz tutmaq. Özünü bulvaraverdi. – [Salmanov:] Danışma, özünüver dağ yoluna, ayrı əlac yoxdur. S.Rəhman.// Gizlənmək mənasında. Özünü ağacın dalınaverdi (ağacın dalında gizləndi)
  • Bir sıra isimlərlə birləşdirilərək, mürəkkəbfeil və ifadələr düzəldilir; məs.: cavabvermək, əmr vermək, icazə vermək, yol vermək,ad vermək, can vermək.
  • Bir Cevap Yazın