vay :

  • nida. Qorxu, həyəcan, təəssüf, kədər,ağrı, təəccüb, fərəh kimi hissləri ifadəedir. Vay, yazıq! Vay, ilana bax! – Vay, kim,əğyar ilən ol yar həmdəmdir yenə. Kişvəri.[Ziba xanım:] Vay, yad kişinin səsi gəlir; vay,indicə qapıdan girəcəkdir. M.F.Axundzadə.// Yenə yuxarıdakı mənalarda olaraq, müxtəliftərkiblər daxilində işlənir. Vay, dədəm,vay! Vay, mənim başım! Vay, mənim günümə!– [Şölə xanım:] Vay, dədəm vay, nənəm vay!Amandır, Teymur ağa, pərdənin dalısındagizlən. M.F.Axundzadə. Amma vay bizim arvadlarımızıngününə, şah Təhmasın vaxtındageyilən paltarı indi də geyirlər. H.Zərdabi.// Bəzən təkrar şəklində işlənir: vay-vay,vay-vay-vay. Qorxuram Zakiri hicrin qəmibir halə sala; Görən adəm deyə vay-vay, bududivanə gəlir. Q.Zakir. Vay-vay, nə yamanmüşkülə düşdü işim, Allah! M.Ə.Sabir.[Arvad:] Vay-vay-vay! A kişi, bu nə üstbaşdır,bu nə əl-ayaqdır, əşi, qoşunkeşdidən,davadan gəlirsən nədir? H.Sarabski. _Vaysalmaq, vay-şivən salmaq (qoparmaq) –qışqırıq salmaq, çığırmaq, fəryad etmək,şivən qoparmaq. Cənnət xanım dizlərinə çırpıbvay-şivən saldı. Mir Cəlal. Vayını vermək– cəzalandırmaq, döymək, əzişdirməkvə s. [Güldəstə:] Sən neçin qaçırsan, .. axtarar,tapar, vayını verər. N.Vəzirov
  • is. Yas, ölü yeri, yaxud müsibət, bədbəxtlikmənasında. Öldür Ələsgəri qurtulsuncanı; Vay xəbərin göndər qohum-qardaşa.Aşıq Ələsgər. Vayımı yar eşidib, vay, könül,söylədi kim; Seyyidim çoxdan ölübdür, buonun vayı deyil. S.Ə.Şirvani. [Vaqif:] Bizdəhər gün bir təzə xəbər var: ya toydur, ya vay,ortası yoxdur. Çəmənzəminli.
  • Bir Cevap Yazın