vəsf : is. [ər.]

  • Bir şəxsin və ya bir şeyinmalik olduğu sifət, keyfiyyət, hal; səciyyə.Zatinə kimsə irməz, vəsfini bilməz. Nəsimi.[Vəzir:] Bəlkə bu tədbir ilə dəxi Teymur ağanınvəsfi onun dilinə gəlməyə. M.F.Axundzadə._ Vəsf etmək – bir şeyin xüsusiyyətlərini,sifətlərini, keyfiyyətini təfərrüatıilə göstərmək, təsvir etmək. Vaiz bizə dünduzəxi vəsf etdi. Füzuli. Bu məktubumda axundMolla Sadığın vəz məclisini sənə vəsf edirəm.M.F.Axundzadə. Vəsf eləyim bir şeirlə dayandığımbu təpəni. M.Rahim
  • Tərif, hüsn, mədh. Yaza bilməz ləblərinvəsfin tamami-ömrdə. Füzuli. Mən sənin vəsfini,ey mahi-kərəm; Hafizdən, Camidən artıqsöylərəm! M.P.Vaqif. Vəsfin yayılıb mahala;Maşallah o xəttü xala. Aşıq Ələsgər._ Vəsf etmək – tərif etmək, mədh etmək.Nəsimi necə vəsf etsin ki, hüsnün binəhayətdir.Nəsimi. Edər vaiz mükərrər vəsf abi-kövsəri,amma. Q.Zakir.
  • Bir Cevap Yazın