vərdiş : is. Təcrübə, təkrarlama və çoxişləmək nəticəsində əldə edilən iş bacarığı,adət edilmiş şey; insanın öz həyatının müəyyəndövründə öyrəşdiyi, adət etdiyi şey.Əmək vərdişi. – Uzun illərin vərdişi onu[Kərimbəyi] yenə hər şeydən ayıraraq, buraya,dəftər-qələmə sarı gətirdi. Mir Cəlal._ Vərdiş olmaq (etmək) – 1) adət etmək,öyrəşmək, alışmaq. Qızının gözlərindən buhərgünkü təlaşlı sualı oxumağa vərdiş etmişana: – Yoxdur, qızım! – dedi. Ə.Məmmədxanlı;2) dadanmaq. // Adət. [Qəhrəman:]Dədə-babadan qalma bu vərdiş sizi olduqcaqorxulu bir yola yuvarlaya bilər. Ə.Vəliyev.

Bir Cevap Yazın