vərəqə : is.

  • Kiçik vərəq; vərəq. Sualvərəqəsi. Anket vərəqəsi
  • Üzərində mühüm siyasi xəbərlər və s.çap olunmuş kiçik kağız vərəqi. [Müsafir:]Sən məndən sonra söylədiklərini anlatmalısan.Tapşırdıqlarımı unutma! Al, sənə lazımolan kitabları və vərəqələri də verim.H.Nəzərli. Mirbalayev vərəqəni alıb şam işığındagözdən keçirdi. M.Hüseyn. // Üzərindəişin gedişi və s. haqqında məlumat yazılmışkağız. Cəlilzadə yavaş-yavaş məktəblərin şəbəkəsinigöstərən xüsusi enli vərəqəni çıxarıb,stolun üstünə sərdi. S.Rəhimov.◊ Vərəqəsini bükmək – tərk etmək, birdaha məşğul olmamaq, nəhayət vermək.[Kazım:] Yox, bir söz demir.. Ancaq deyir ki,Səfər qaçaqlığın vərəqəsini büksün, kasıblığaqurşansın. Çəmənzəminli.
  • Bir Cevap Yazın