vəqf : is. [ər.] İslamiyyətdə: dini məqsədləbir şəxs tərəfindən hər hansı bir iş üçüntəxsis edilən və ya bağışlanan mal-mülk, pulvə s. Hacı Məcid əfəndi Cümə məscid mədrəsəsininnizamını pozdu və mollalara vəqfdənverilən məvacib və ianəni kəsdirdi.C.Məmmədquluzadə. Gələn nəzirlərdənbaşqa, ocağın öz ixtiyarındakı vəqf yerlərinikəndlilər özləri əkir, becərir və məhsulunupayızda daşıyıb türbənin anbarlarına doldururdular.Şamilov. _Vəqf etmək – 1) birmal və mülkü dini məqsədlər üçün ayırmaq,vermək, bağışlamaq, təxsis etmək. Amma bubədbəxt də molla, seyidin kələyinə düşüb cəmidövləti məscidə vəqf etmiş. S.S.Axundov;2) məc. tamamilə həsr etmək, sərf etmək,vermək. Vəsiyyətim budu, Seyyid, vəfatım olduqda;Nə qalsa məndən, onu vəqf edin,şərabə verin. S.Ə.Şirvani. Ana övlada vəqfedər özünü; Yumamaz, yummasa uşaq gözünü.M.Ə.Sabir. Belədirsə, həmişəlik yetimlərüçün bir məktəb açın, aldığınız prosentlərincüzi bir hissəsini bu xeyir işə vəqf ediniz.N.Nərimanov.

Bir Cevap Yazın