vəlvələ : is. Səs-küy, gurultu-patırtı,həyəcan, çaxnaşma, qarmaqarışıqlıq. O gecəkivəlvələdən ancaq bunu görə bildim.A.Şaiq. _Vəlvələ düşmək – qarmaqarışıqlıqdüşmək, çaxnaşma düşmək, həyəcan(gurultu-patırtı) düşmək. Vəlvələ salmaq –qorxu salmaq, çaxnaşma salmaq, həyəcansalmaq. Həqiqət bu xəbər cəmi müsəlmanşəhərlərində xalq arasında bir vəlvələ saldı.C.Məmmədquluzadə. [Əmrulla Gülsabaha:]Qüdrətgilin evinə o yandan vəlvələ salmışsan..C.Cabbarlı. Canına (cisminə və s.) vəlvələdüşmək – qorxuya düşmək, təşvişə düşmək,qorxudan əsmək. Oğlan, sən uşaqsan,cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ.M.V.Vidadi. Növbətçinin “Qalx!” səsi tövlədəkiləriniçinə vəlvələ saldı. Mir Cəlal.Canına vəlvələ salmaq – çox qorxuya salmaq,lərzəyə salmaq. [Hacı Qara:] Onlarınqılınc-tüfəngi o qədər məni qorxutmur ki,silisti, apar-gətiri canıma vəlvələ salır.M.F.Axundzadə.

Bir Cevap Yazın