vəhşi : sif.

  • İbtidai halda olan, ibtidaimədəniyyət pilləsində olan; ibtidai. Vəhşitayfalar. İnsanlar vəhşi halında yaşadıqlarızaman. – [Skif tayfası] cəsarətli, vəhşi xasiyyətlivə köçəri olan müxtəlif qəbilələrdənibarət idi. A.Bakıxanov. // İs. mənasında.[3-cü cəngavər:] Anasının namusunu ləkələməkistəyən vəhşilərdən dörd nəfərini vurubyerə sərdi. M.Hüseyn
  • Heyvan və quşlar haqqında: insanlaraöyrənməmiş, ələ öyrənməmiş, çöldə sərbəstyaşayan. Vəhşi pişik. Vəhşi ördək. Vəhşi öküz.– Vəhşi heyvanlardan Lənkəran sahəsindəbəbir və respublikanın bütün meşələrindəçoxlu ayı, canavar, tülkü və Sibir samuruvardır. M.Qaşqay. // İs. mənasında. Vəhşiheyvan. Musiqi daşları gətirir dilə; Ram olursəsinə vəhşilər belə. S.Vurğun
  • Yabanı, öz-özünə çöllərdə bitən. Göyərənvəhşi güllər; Çığıran arzum kimi… Necəbelini bükdü; Ocağını qaraltdı. B.Vahabzadə
  • məc. Adamdanqaçan, adamayovuşmaz,ürkək, utancaq. Vəhşi uşaq. Bu qız lap vəhşidirki
  • məc. Adamsız, insansız, tənha; insanayağı dəyməmiş, məskun olmayan. Vəhşiçöllər. // Qorxunc, vəhşətli, heybətli. Vəhşiqayalar. – Bu vəhşi ormandan uçmaq dilərdin;Bu qara zindandan qaçmaq dilərdin.M.Müşfiq
  • Azğın, qudurmuş, qaba, tərbiyəsiz. Vəhşihərəkət. – [Əbülhəsən bəy:] Köməksiz vəyardımsız bir qızı sərxoş və vəhşi zabitlərinəlindən xilas etmək vəzifəm idi. M.S.Ordubadi.// Önüalınmaz, azğın, qızmış, coşmuş.Mübaşir Məmməd vəhşi ehtirasla yanan gözlərinibir də Gülzara tərəf çevirdi.. M.İbrahimov.// Qeyri-mədəni, mədəni cəmiyyətəyaraşmayan, mədəniyyətə yaraşmayan,mədəniyyətə zidd olan. “Molla Nəsrəddi”ninqəsdi vəhşi adətlərin ortalıqdan götürülməyiyolunda çalışmaqdır. C.Məmmədquluzadə.İnqilabdan əvvəl vəhşi adətlərdən biri də qandüşmənçiliyi idi. S.S.Axundov. [Zeynal] qızmışvəhşi bir baxışla Mehribana tərəf yürüdü.S.Hüseyn.
  • Bir Cevap Yazın