vədəxilaf : sif. və zərf [ər.] Vədəsinəəməl etməyən, söz verib vaxtında yerinəyetirməyən, boynuna götürdüyü işi vaxtındagörməyən. _ Vədəxilaf çıxmaq – verdiyivədəni yerinə yetirməmək. Hər şeydən artıqonu [Nadiri] düşündürən qonaqlıq gecəsiMəstan bəygilə getməməsi deyil, Zeynəbi aldatmağıvə onun qarşısında vədəxilaf çıxmağıidi. B.Talıblı. [Südabə:] Siz Firidun, vədəxilafçıxdınız, zəng etmədiniz. M.İbrahimov.Azərbaycanlı balası vədəxilaf çıxmaz. Ə.Əbülhəsən.

Bir Cevap Yazın