vədə : is. [ər.]

  • Bir iş üçün qabaqcadantəyin olunan vaxt, müddət. Vədəsi çatmaq.Vədəsi qurtarmaq. – Şəbanın vədəsi tamamoldu. Amma qayıtmağı üçün gərək şəhər əhlindənrizaməndlik alına idi. Ə.Haqverdiyev._ Vədə olunmaq – qabaqcadan müəyyənedilmək, şərtləşdirilmək. // Bir işi təxir etməküçün təyin olunan vaxt, möhlət. 6 ay vədəverdi. // Ümumiyyətlə, vaxt, zaman, çağ.Könül həsrət, can müntəzir, göz yolda; Ömrazaldı, vədə keçdi san ilə. M.V.Vidadi. O vədəbelə işləri başa düşürdüm, çünki on yeddiyaşında idim. C.Məmmədquluzadə. Mən cəhənnəmihəmişə Bakının mədənlərinə oxşarbir şey hesab edirdim və çox vədə də deyirdimki, cəhənnəm yəqin Bakıda olacaq.Ə.Haqverdiyev. Heç vədə – heç vaxt, qətiyyən.Bu necə məleykə-önümdə belə; Axı mənheç vədə sevilməmişdim. M.Araz
  • B a x vəd. Hər zaman Zeynal onu [Mehribanı].. quru və boş vədələr ilə dolandırırdı.S.Hüseyn. _Vədə vermək – 1) səs vermək.Yarım mənə vədə verdi; Dedi, gəl gəz buralarda.Aşıq Abbas. Keçən gün Zeynal səhərevdən çıxarkən vədə vermişdi ki, bu gün o,ən aşağısı üç yüz manat para alacaqdır.S.Hüseyn; 2) qabaqcadan söyləmək, demək.Bəli, anam vədə verdiyi günlər gəlib çatdı.S.S.Axundov. Vədəsinə əməl etmək – verdiyisözü yerinə yetirmək. Vədəsinə xilafçıxmaq – verdiyi sözü yerinə yetirməmək.Vədə(sini) almaq – birinin müəyyən vaxtdaqonaqlığa və s.-yə gəlməsi haqqında ondansöz almaq; dəvət etmək, çağırmaq. [Hatəmxanağa] israğagün aşnası zərdablı Qurbanbəyə kağız yazırdı ki, Şamaxı cəngilərininvədəsini alsın, toya göndərsin. M.F.Axundzadə.İranda Məhəmmədəli şahın tərəfdarıməhz bir neçə adamdır ki, öz şəxsi mənfəətiüçün, yəni kimi rüşvət alıb və kimi vədə alıbşaha kömək eləyirlər. C.Məmmədquluzadə.
  • Bir Cevap Yazın