toyuq : is.

  • Yumurta, tük və ət almaqüçün saxlanan ev quşu. Ətlik toyuq. Toyuq hini.// Həmin quşun əti. Toyuq bişirmək. // Sif. mənasında.Həmin ətdən bişirilmiş, hazırlanmış.Toyuq kababı. Toyuq şorbası. – [Mirzə Cəmil]toyuq çığırtmasından iki tikə ağzına qoyubdayandı və Pərinin danışığının dalına qulaqasdı. Ə.Vəliyev
  • zool. Toyuqkimilər dəstəsindən olan quşlarındişisi. Qırqovul toyuğu.◊ Toyuq bir qıçlıdır (ki, bir qıçlı) – dediyisöz səhv də olsa, onun üstündə duran,dediyindən əl çəkməyən, inadkar, tərs adamhaqqında. [Qara Kərəmoğlu:] Kərim bəy tərsinbiri idi. Dedi, toyuq bir qıçlıdır, deməli,bir qıçlıdır, daha danışıq ola bilməzdi. M.İbrahimov.Toyuq kimi büzüşmək – soyuqdan,ya qızdırmadan büzüşmək. Soyuqdan boynunuqısıb toyuq kimi büzüşmüş halda həyətəgirdi. Ə.Abasov. Toyuq kimi (təki) hinə girmək– axşam tezdən evə girib qapı-pəncərənibağlamaq, evdə oturmaq və ya yatmaq.[Camal:] Əşi, ay Nəbi dayı, indidən niyə toyuqtəkin hinə girmisiniz? Ə.Abasov. Toyuqölsə bir çəngə tükdür, dəvə ölsə dərisi biryükdür – kiçik şeylə böyük şeyi müqayisəməqamında işlədilir. Toyuq tara çıxanda(çıxan vaxt) – hava qaralan vaxt, al qaranlıqolanda, axşam. Toyuq tardan düşəndə (düşənvaxt) – hava işıqlaşanda, alaqaranlıqdan,səhər tezdən. Pambıq zavodunun həyətində,fəhlələrin qapısında toyuqlar tardan düşəndəkəl arabasına beş gözəmə buğda yüklədilər.Ə.Vəliyev. Bişmiş toyuğun gülməyi gəlir(tutur) – mənasız, cəfəng şey və ya söz haqqında.[Asya:] Elə söz danışırsan ki, bişmiştoyuğun gülməyi tutur. Ü.Hacıbəyov.
  • Bir Cevap Yazın