Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədər olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur. Texnoparkda fəaliyyət göstərən şirkətlərə, universitet innovativ elmi nəticələrinin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Belə desək, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu (şirkətlərlə ortaq fəaliyyətlər və s.) innovativ fəaliyyərləri təmin edən məkandır. Başqa sözlə texnoparklar insan kapitalını sürətli inkişaf etdirən quruluşlar olub, yüksək texnologiyaları istehsal edən quruluşlardır. Bu isə universitetlərin tərkibində daha aktiv olacaqdır.

Bir Cevap Yazın