YUKLE'ye bas

köçəri : sif.

  • Oturaq həyat keçirməyən,ev-eşiyi ilə daim bir yerdən başqa yerə köçən(oturaq ziddi). Köçəri tayfalar. Köçərixalqlar. // is. mənasında. Bu cür həyat sürənadam. Cikkildəyir quşlar yuvalarında; Köçərilərdurmuş obalarında. A.Səhhət. [Allahqulu:]Bir dəstə köçəri qabağımızı kəsdi, atışmadüşdü. Çəmənzəminli
  • Köçərilərlə, onların həyatı ilə əlaqədarolan. Bu bina köçəri yatağını xatırladırdı.M.İbrahimov
  • Qışda isti cənub ölkələrinə uçub gələn(quşlar haqqında). Çox köçəri quş var ki, qışmövsümü Qarabağda qalıb, isti yerlərə köçməyir.S.S.Axundov. ..Bu göyərçinlər başqaköçəri quşlar kimi gəldi-gedər deyil. M.Rzaquluzadə.// İqlim, yem və b. şəraitlə əlaqədarolaraq yerini dəyişən (mal-qara, balıqvə s. haqqında). İncənin hər tərəfi otlaqdır.Buranın mal-qarası.. köçəri deyil, oturaqdır.S.Rəhman. Ömürlərinin bir hissəsini dənizdə,bir hissəsini isə çaylarda keçirən balıqlar daçoxdur. Bu, köçəri balıqlardır. “Sualtı aləm”
  • məc. Bir yerdə qərar tutmayan, tez-tezyerini dəyişən. Köçəri həyat keçirmək. – Köçəriquş kimi hər yerə qoşar; Harda axşamlasa,orda da yatar. S.Vurğun.
  • Bir Cevap Yazın